Moskvada faciəvi YANĞIN: 8 it TƏLƏF OLDUbackend

Moskvada faciəvi YANĞIN: 8 it TƏLƏF OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada yanğın zamanı 8 şi-tsu cinsindən olan it tələf olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvanın Maryina Roşa rayonunda baş verən yanğın nəticəsində şi-tsu cinsindən olan 8 it tələf olub.

Məlumata görə, itlərin sahibi olan qadın tozsoranı işə saldıqdan sonra elektrik rozetkası alışıb.

Alov qısa müddətdə yayılıb, qorxuya düşən itlər isə otaqlarda gizləniblər.

Qadın 12 ev heyvanından yalnız 4-nü xilas edə bilib. Digər 8 it isə yanğın zamanı tələf olub.

Xuraman Etibarlı

İnterpress.az