Moskva Dövlət Universitetinin hüquq fakültəsində qızılcaya görə karantin elan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva Dövlət Universitetinin (MDU) hüquq fakültəsində qızılca xəstəliyinin yayılması ilə əlaqədar karantin tətbiq olunub. Oktyabrın 21-dən noyabrın 3-dək tələbələr distant təhsilə keçəcəklər.
Tələbələrin sözlərinə görə, magistratura pilləsində təhsil alan tələbələrdən biri universitetə yoluxucu xəstəliyi təsdiqləyən tibbi arayış təqdim edib. Universitetin administrasiyası da karantin tətbiq olunduğunu təsdiqləyib.
Bundan əvvəl də qızılca ilə əlaqədar universitetin bəzi fakültələrində dərslər bir-iki həftə müddətinə onlayn formata keçirilmişdi.
Təxminən may ayında Hesablama Riyaziyyatı və Kibernetika fakültəsində, yeni tədris ilinin əvvəlində isə Coğrafiya fakültəsində distant təhsil tətbiq olunmuşdu.
Xuraman Etibarlı
İnterpress.az






