“Moskva xanımı” titulunu qazanan bloqerə qarşı cinayət işi AÇILDIbackend

“Moskva xanımı” titulunu qazanan bloqerə qarşı cinayət işi AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş pornoaktrisa Olqa Mur 6 ilədək həbs cəzası ilə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvanın Meşanski Rayon Məhkəməsində 40 yaşlı Olqa Zubkovaya qarşı cinayət işi qeydə alınıb.

Olqa Mur adı ilə tanınan keçmiş pornoaktrisa və bloqer böyüklər üçün filmlərin hazırlanması və qanunsuz yayılmasında ittiham olunur.

O, hazırda ölkəni tərk etməmək barədə iltizam altındadır. İttiham üzrə onu 6 ilədək həbs cəzası gözləyə bilər.

Volqoqradda anadan olan Zubkova hüquq təhsili alıb və səkkiz il ixtisası üzrə çalışıb. Daha sonra gözəllik salonu açıb və bloqerlik fəaliyyətinə başlayıb.

Zubkova “Sən unikalsan” müsabiqəsində “Moskva xanımı” titulunu qazanıb, daha sonra Dubayda keçirilən beynəlxalq mərhələdə qalib olub.

O, həmçinin model məktəbini bitirib və “Russian Music Box” telekanalında idman xəbərlərinin aparıcısı kimi çalışıb.

Rusiya mediasının məlumatına görə, Zubkovanın Moskvada 10 yaşlı qızı var.

Xuraman Etibarlı

İnterpress.az