Xevron yaxınlığında hücum nəticəsində iki İsrail hərbçisi ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
İşğal altındakı İordan çayının qərb sahilində, Xevron şəhəri yaxınlığında bu gün baş verən hücum nəticəsində iki İsrail hərbçisi həlak olub.
Ordunun məlumatına görə, daha üç hərbçi yüngül xəsarət alıb və hazırda müalicə olunur.
Bundan əvvəl yaralanan beş hərbçidən ikisinin vəziyyətinin ağır olduğu bildirilmişdi.
Xuraman Etibarlı
İnterpress.az






