19 nəfərin öldüyü zavodda fəhlələrə mobil telefon QADAĞAN EDİLDİ – FOTObackend

19 nəfərin öldüyü zavodda fəhlələrə mobil telefon QADAĞAN EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 nəfərin öldüyü “HABAŞ” zavodunda fəhlələrə mobil telefon qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Daha əvvəl 19 işçinin ölümü ilə nəticələnən bədbəxt hadisələrlə gündəmə gələn “HABAŞ” şirkətində fəhlələrə müəssisə ərazisində mobil telefonlardan istifadə etmək qəti şəkildə qadağan olunub.

Məlumata görə, şirkət rəhbərliyinin qəbul etdiyi bu qərar işçilər və ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb.

İddia olunur ki, qadağanın əsas məqsədi zavod daxilindəki əmək təhlükəsizliyi qaydalarının pozulması hallarının və baş verə biləcək insidentlərin lentə alınaraq ictimailəşdirilməsinin qarşısını almaqdır.

Xuraman Etibarlı

İnterpress.az