Doğma nənəsini kimsəsiz kimi qələmə verib pul toplayan bloqer SAXLANILDI – VİDEObackend

Doğma nənəsini kimsəsiz kimi qələmə verib pul toplayan bloqer SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqda bloqer doğma nənəsinin adı ilə 750 min rublluq dələduzluq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində bloqer Yeqor Semyonov öz doğma nənəsini küçədə təsadüfən rastlaşdığı evsiz və kimsəsiz təqaüdçü kimi təqdim edərək izləyicilərindən 750 min rubl (təxminən 15 450 manat) ianə toplayıb.

Məlumata görə, bloqer 92 yaşlı Lyudmila adlı nənəsini kafelərə, teatrlara və gözəllik salonlarına apararaq videolar çəkib, ardınca isə guya ona mənzil almaq məqsədilə pul yığımı başladıb. Lakin sonradan yaşlı qadının onun doğma nənəsi olduğu üzə çıxıb.

Qadın doğrudan da Leninqrad blokadasını yaşamış şəxs olsa da, heç vaxt kimsəsiz qalmayıb.

Rəsmi qurumlar təsdiqləyiblər ki, təqaüdçü dövlətdən aldığı mənzili sataraq başqa bir ev alıb və onu iki nəvəsinin adına rəsmiləşdirib.

Fırıldaqçılıqda şübhəli bilinən bloqer polis tərəfindən saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az