Tramp və Zelenskinin görüşündən sonra Pentaqon Ukrayna mövzusundan yayınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.
2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdən sonra Pentaqon Ukrayna mövzusunu gündəmə gətirməkdən çəkinməyə başlayıb.
Məlumata görə, ABŞ-nin müdafiə naziri Pit Heqset sözügedən görüşdən sonra rəsmi müzakirələrdə Ukraynanın adının çəkilməsini mənfi qarşılayıb.
Nəşr bildirir ki, Heqset bu vəzifəyə təyin olunduqdan sonra cəbhədəki hərbi əməliyyatların gedişatı ilə bağlı onun sələfinə təqdim olunan ənənəvi həftəlik hesabatların verilməsi də tamamilə dayandırılıb.
Xuraman Etibarlı
İnterpress.az






