Verilən məlumata görə, bu barədə Varşavada NATO sammitinin yekun kommunikesində qeyd edilib.
\”Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir\”, – deyə sənəddə qeyd olunub.
Kommunikeni Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar. Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. (musavat)
İnterpress.az