Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirildi. Fransa prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğuladı.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
İnterpress.az