Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Alan Eyr deyib.
Qeyd edək ki, Birləşmiş Ştatların Nümayəndələr Palatası ABŞ-da istehsal olunan sərnişin təyyarələrinin İrana satışına qadağanı nəzərdə tutan tədbirləri bəyənib. Bu tədbirlər “Boeing” aviaşirkəti ilə İranın 25 milyard dollar məbləğində təyyarə satışı haqqında razılığa gəlməsindən sonra qəbul olunub.
A.Eyr əlavə edib: “Biz Konqres tərəfindən təsdiq olunmuş qanun layihəsi haqqında məlumatlıyıq. Bundan əvvəl də bəyan etdiyimiz kimi, ABŞ Prezidenti Administrasiyası Kompleks Fəaliyyət Planının (JCPOA) reallaşmasını pozan istənilən qanun layihəsinin əleyhinə çıxış edəcək”. (trend)
Interpress.az