Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilirbackend

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

Məlumat üçün bildirək ki, imtahanda 25956 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22044 abituriyent I qrup üzrə, 3912 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 23540 nəfəri (I qrup üzrə 19995, IV qrup üzrə 3545 nəfər) Azərbaycan bölməsinin, 2 416 nəfəri (I qrup üzrə 2 049 nəfər, IV qrup üzrə 367 nəfər) isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 15067 nəfəri (I qrup üzrə 13873 nəfər, IV qrup üzrə 1194 nəfər) oğlanlar, 10889 nəfəri (I qrup üzrə 8171 nəfər, IV qrup üzrə 2718 nəfər) isə qızlardır.

25457 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 489 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 173 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 2001-ci ildəndir.

Bakı şəhərində 11516, Naxçıvanda 1097, Gəncədə 3178, Sumqayıtda 1647, Mingəçevirdə 1208, Şəkidə 1752, Ağcabədidə 876, Göyçayda 1331, Şirvanda 969, Lənkəranda 1359, Xaçmazda isə 1000 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2129 nəzarətçi-müəllim cəlb olunacaq.

İnterpress.az