Seçim komisiyası professor-müəllim heyyəti və Müdafiə Sənayesi Nazirliyinin nümayəndələrindən təşkil olunub.
Komissiyanın 15 iyul 2016-cı ildə keçirilən iclasında 19 məzunun Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işlə təmin olunması üçün təyinat verilib. Təyinat verilən məzunların 10 nəfəri “Xüsusi texnika və texnologiya” fakültəsinin magistr səviyyəsinə qəbul olunublar. Universitetin sözügedən fakültəsində magistrantların dərs saatı axşam saat 18:00-dan etibarən başladığı üçün onların iş fəaliyyətlərində bu baxımdan çətinlik yaranmayacaq.
Qeyd edək ki, AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsinin bu il 70 məzunu olub.
Məzunların əksəriyyəti hərbi xidmətə gedikləri üçün komisiyanın bu seçimində onların işlə təmin edilməsi mümkün olmayıb. Lakin Universitet və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaratmaq niyyətindədi.
İnterpress.az