Yeni evlənmiş gənc pulsuzluqdan intihar etdibackend

Yeni evlənmiş gənc pulsuzluqdan intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd Hadi küçəsində yaşayan 1989-cu il təvəllüdlü Camalov Anar Çərkəz oğlu Gəncə prospektində çoxlu dərman həbləri qəbul edərək özünü öldürüb.

27 yaşlı Anar Camalovun intiharının bəzi təfərrüatları məlum olub. Məhəmməd Hadi küçəsi bina 111, mənzil 77 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Camalov Anar Çərkəz oğlu Gəncə prospekti 46 ünvanındakı binanın qarşısında çoxlu dərman həbləri qəbul edərək həyatına qəsd edib. Bildirilir ki, yeni evlənmiş 27 yaşlı Anar ailə üzvlərinin onun intiharına mane olmaması üçün evdən çıxıb və yolda aptekə daxil olaraq bir neçə qutu həb alıb. Bundan əvvəl isə o, kağız parçasına son sözlərini yazıb və cibinə qoyub. Aptekdən bir qədər uzaqlaşan gənc oğlan daha sonra həbləri qəbul edərək həyatına son qoyub.

Ərazidə meyitin tapılması ilə bağlı müraciət əsasında hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları A.Camalovun cibindən məktubu tapıblar.

A.Camalov məktubunda ailə üzvlərindən üzrxahlığının qəbul edilməsini, ona halallıq verilməsini istəyib. Həmçinin qeydlərdən məlum olub ki, gənc oğlan pul məsələsi ilə bağlı sarsıntı keçirib və məhz pul söhbətinə görə intihar edib. Bildirilir ki, onun tanışından xeyli miqdarda alacağı varmış. (lent.az)

İnterpress.az