Rabitə danışığında pilot hava limanında vəziyyəti öyrənərək enmək üçün icazə istəyib. Daha sonra pilot qiyamçıların anlamaması üçün təyyarənin çağırış kodu olan “Türkiş 8456” ifadəsin işlədib:
Pilot: Türkiş 8456
Dispetçer: Hava yolları 8456, xoş gördük. Sizi dinləyirəm
Pilot: Yaxınlaşma tələb edirik
Dispetçer: Aydındır. Atatürk üçün yaxınlaşma tələb edirsiniz?
Pilot: Yaxınlaşma və eniş tələb edirik
Dispetçer: Aydındır. Ankaradan son vəziyyət sizə çatdırılıb? Mülki şəxslərlə bağlı vəziyyət barədə sizə məlumat verilib?
Pilot: Biz hazırıq. Eniş hissəsində qüllə ilə əlaqə qura bilərik? Yoxsa, siz idarə edəcəksiniz?
Dispetçer: Qüllə ilə əlaqə qurmaqda heç bir problem yoxdur. Enişlə əlaqədar hər şey qaydasındadır.Yalnız aerodromda təhlükəsizliyə əmin deyilik.
Pilot: Aydındır. Enişlə bağlı yeni məlumat olsa, xəbər edərsiniz.
Dispetçer: Təkrar edirəm, 0-5-ə ensəniz “Yanke”, 3-5-ə ensəniz “Viktor” olacaq.
İnterpress.azhttps://youtube.com/watch?v=K-PEP31_cQQ