Evin birinci mərtəbəsinin pəncərəsindən mənzilə soxulan naməlum şəxslər oradan 3 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də 500 ABŞ dolları və 150 manat pul oğurlayıblar. Ev sahibinin sözlərinə görə, oğurluq baş verən vaxt ailə yaxın qohumlarının evində qonaq olub və hadisə barədə yalnız növbəti gün xəbər tutub. Qarətçilərin evə yaxınlaşmaları qonşuluqdakı evdə quraşdırılmış müşahidə kamerasına düşüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, oğurluq hadisəsini törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(apa)
Interpress.az