Türkiyədə aylardır hər şeyi öncədən Twitterdə yazan \”Fuat Avni\”ləqəbli şəxsin kimliyi ilə bağlı bəzi iddialar səsləndirilib. Twitterdə açılan #FuatAvni etiketi ilə minlərlə insan öz fikrini yazıb.
Diqqət çəkən məqam isə minlərlə insanın \”Fuat Avni\” ləqəbli şəxsin az öncə həbs edilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri Ali Yazıçı olduğu ilə bağlı iddialardır.
Rəsmi açıqlama olmasa da iddialara görə \”Fuat Avni\” ləqəbli şəxs Ali Yazıçı ola bilər. Ölkədə baş verəcək hadisələri bir neçə gün qabaqcadan dəqiqliklə yazan bu adamın prezidentə çox yaxın biri olduğu düşünülür.
Zamanla \”Fuat Avni\”nin dəqiq kim olması ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Ölkədə demək olar ki, siyasətlə məşğul olan yüzlərlə şəxsin \”Fuat Avni\” ola biləcəyi ehtimal edildi. Hətta vəziyyət o yerə gəldi ki, \”Fuat Avni\”nin elə R.T.Ərdoğan olduğu da iddia edildi.
Təxminən 5 gündür 3 milyon izləyicisinin olduğu öz Twitter hesabında heç nə yazmayan \”Fuat Avni\”nin kimliyi hələ də sual altındadır. Maraqlısı odur ki, naməlum bu şəxs son paylaşımında bunları yazıb: \”Sən uzaqdakılardan qorxursan, amma sonunu ən yaxınındakılar hazırlayacaq. Qorxma, titrə…\” (bizimyol.info)
İnterpress.az