Gələn ildən Bakıda sərnişindaşımada istifadə olunan bütün avtobuslar kondisionerli olacaq.
Bu Bakı Nəqliyyat Konsepsiyasında öz əksini tapıb\”. Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova söyləyib.
N. Allahyarova bildirib ki, hazırda Bakıda sərnişindaşımada xidmət göstərən 2010 avtobusdan 251-də kondisioner sistemi var: \”Onlardan 201-i Bakubus avtobuslarına aiddir. Yerdə qalan 50 avtobus isə digər şirkətlərə məxsusdur\”.
N. Allahyarova bildirib ki, gələn yaydan digər marşurutlarda da, kondisionerli avtobuslar fəaliyyətə başlayacaq. Agentlik rəsmisi bu barədə xətt sahibləri qarşısında tələb qoyulduğunu söyləyib. (movqe)
İnterpress.az