Şəmkirdə toyda yaranan münaqişə nəticəsində 4 nəfər bıçaqlanıb.
Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Toy məclisi zamanı kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov aralarında yaranan münaqişə zəminində həmkəndliləri, 1983-cü il təvəllüdlü Mahmud Mahmudova, Rza Rzalıya, 1984-cü il təvəllüdü Ceyhun Cəfərova və qardaşı 1976-cı il təvəllüdlü Nicata bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar və vəziyyətləri orta ağırdır.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Kərimov tutulub.
Hadisə zamanı Pərvin Kərimovun sərxoş olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Ölkə ərazində sonuncu bıçaqlanma hadisəsi Bakının Suraxanı rayonunda qeydə alınıb. Aşıq Pəri küçəsində yerləşən kafedə bıçaqlanma baş verib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Elvin Abbasov ayaqyoluna gedən qapının bağlı olduğunu görüb. O, ayaqyolunun qapısını bir neçə dəfə döyüb. Bu zaman orda olan qohumu onu söyüb.
Daha sonra qohumlar arasında dava düşüb və nəticədə Elvin Abbasov bıçaqlanıb.
İnterpress.az