Gürcüstanda azyaşlı azərbaycanlı boğularaq ölübbackend

Gürcüstanda azyaşlı azərbaycanlı boğularaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənddə yaşayan İlkin Tuştiyevin bir yaş yeddi aylıq olan oğlu Vəli Tuştiyev vannada ölü halda tapılıb.

Ailənin yaxınları APA-ya bildiriblər ki, hadisə Rusiya vətəndaşı İlkin Tuştiyevin kənddə olan evinin həyətində qeydə alınıb. Diqqətdən yayınan uşaq həyətə qoyulmuş su dolu vannaya girib, bir qədər sonra valideynləri onu boğulmuş halda tapıblar.

Uşaq təcili olaraq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi üzrə araşdırma aparılır.

Interpress.az