Ərdoğan müsahibəsində bildirib ki, çevriliş xəbərini qaynında alıb və bu zaman nə qədər cəhd etsə də, MİT rəhbəri Hakan Fidanla əlaqə saxlaya bilməyib. O vurğulayıb ki, dövlət çevrilişinə cəhd edilməsi Türkiyənin baş kəşfiyyat orqanında boşluqların olduğunu üzə çıxarıb.
Modern.az saytı “Cumhuriyyet” nəşrinə istinadən xəbər verir ki, prezident bununla, 2012-ci ildə “sirr küpü” dediyi Hakan Fidanı hədəfə gətirib.
Qəzet yazıb ki, Hakan Fidanın idarəçiliyində olan MİT bütün tənqidlər qarşısında hakim ədalət və İnkişaf Partiyasının (AKP) müdafiə xəttini təşkil edən ən sağlam qurum idi.
Qeyd edək ki, Türkiyə tərəfi hərbi çevrilişə cəhdin Fətullah Gülən şəbəkəsinə məxsus “paralel hökumət” tərəfindən edildiyini bildirib. ABŞ-da yaşayan Fətullah Gülən isə iddiaları rədd edir.
Çevrilişə cəhd zamanı 246 nəfər ölüb, 2 mindən çox insan isə yaralanıb.(modern)
İnterpress.az