DSX-dən verilən məlumatda deyilir ki, havanın əlverişsiz olmasına baxmayaraq, texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək sahilə çıxarılıb.
Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə başlanmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.
Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.
İnterpress.az