Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nda dəyişikliklər edilib. APA-nın xəbərinə görə, dəyişikliyə əsasən Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 5-ci bəndinin üçüncü abzasında “sudan istifadə haqqı” sözləri “şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı” sözləri ilə əvəz edilib və həmin abzasdan “rayon (şəhər) su təsərrüfatı idarələrinə\” sözləri çıxarılıb.
Qərar imzalandığı gündən qüvvəyə minib.
İnterpress.az