Bu banklar da bağlanacaq – Ekspertbackend

Bu banklar da bağlanacaq – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert sözügedən bankların bağlanan sonuncu banklar olmayacağını qeyd edib:

“Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan “ərköyün banklar” post-neft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən, amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hazırda əmanətçilərin halal pullarını qaytara bilməyən banklar var, ancaq hələ ki, onların lisenziyası ləğv edilməyib. Nəticədə, sığorta hadisəsi baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində, belə bankların da lisenziyasının geri alınmasına ehtiyac var”.

İqtisadçının sözlərinə görə, bağlanan dörd bankın hamısı Əmanətlərin Sığortlanması Fondunun üzvü olduğundan, onların müflis elan edilməsi artıq sığorta hadisəsinin baş verməsi deməkdir:

“Gözlənilir ki, Palata bu banklara müvəqqəti inzibatçı təyin ediləcək, əmanətçilər bundan sonra öz pullarını geri ala biləcəklər. ƏSF tərəfindən sığortalanan hər bir depozitin son qəpiyinədək əmanətçiyə qaytarılması olduqca vacibdir. Mövcud qanunvericilikdə məbləğindən asılı olmayaraq, bütün depozitlər sığortalanır. Sadəcə, maksiumum divident faizi dollar əmanətləri üzrə 3, manat əmanətlərində isə 12 faizdən çox olmamalıdır”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu bankların bağlanması ilə bağlı qərarın yalnız Palataya aid olmadığını, Maliyyə Nazirliyi və Mərkəzi Bankın da qərarın qəbulunda iştirak etdiyini bugünkü mətbuat konfransında açıqlayıb.(musavat)

İnterpress.az