Vyana və Sankt-Peterburq danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi tərəfləri həqiqətən də müəyyən nəticələrə nail olublar.
Məlumata görə, bunu jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi Metyu Brayza bildirib.
Onun sözlərinə görə, danışıqlar, həmçinin münaqişənin həllinin siyasi məqamlarının müzakirəsinin başlanılmasına gətirib çıxardı: \”Vyana və Sankt-Peterburq danışıqlarından sonra Azərbaycan XİN rəhbərininin bəyanatı da göstərir ki, danışıqlarda müəyyən irəliləyişlər var\”.
Bəzi politoloqların ilin sonunadək Azərbaycana işğal edilmiş beş rayonun qaytarııması barədə fikirlərini şərh edən M.Brayza qeyd edib ki, bu, belə tez baş verə bilməz:
\”Belə bəyanatlar prosesə təzyiqdir\”.
İnterpress.az