Əldə olunan metal qatışığı etibarlı tibbi implantların hazırlanmasında istifadə oluna bilər. Professor Hyustondakı Rays universitetinin professoru Emiliya Morosanın sözlərinə görə qatışıq yeni növ titan maqnitləri və qızıl üzərində iş aparılarkən əldə olunub.
Əldə olunan material digər titan-qızıl qatışıqlarından qat-qat möhkəmdir. Ondan uzunmüddətli diş implantlarının, idman alətlərinin hazırlanmasında istifadə oluna bilər.
Stomatologiyada istifadə olunan müasir diş implantlarının müddəti 10 ildir. Bundan sonra onları dəyişmək lazım gəlir.
İnterpress.az