Milli.Az Habertürk-ə istinadən bildirir ki, Ankara Ağır Cinayətlər Məhkəməsi iyulun 15-də gerçəkləşdirilən və uğursuzluqla başa çatan hərbi çevriliş cəhdi ilə bağlı ölkənin Baş Prokurorluğu tərəfindən hazırlanmış yekun ittihamnaməni qəbul edib.
İttihamnamədə 73 şəxsin, o cümlədən Fətullah Gülənin adı çəkilir.
Məhkəmə prosesi çərçivəsində ilk dinləmələrin 22-25 noyabr tarixlərində olacağı gözlənilir. (milli.az)
İnterpress.az