Söhbət İranın \”Khodro\” avtomobil şirkəti ilə Azərbaycanın \”Azevrocar\” şirkətinin birgə istehsalından gedir. Şirkətlər arasında bağlanan müqaviləyə əsasən avtomobillər Neftçala Sənaye Məhəlləsində istehsal ediləcək.
\”Azevrocar\” şirkətindən verilən məlumata görə, Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün artıq şirkətə şəhadətnamə verilib. Avqust ayında İran prezidentinin Azərbaycana səfərindən sonra zavodun təməlqoyma mərasimi olacaq.
Şirkətdən bildirilib ki, bundan sonra ehtiyat hissələrinin istehsalı ilə bağlı məsələlər də dəqiqləşəcək.İlkin razılaşmaya əsasən avtomobillərin ehtiyat hissələrinin 15-20 %-I \”Azevrocar\”ın Neftçaladakı zavodunda istehsalı planlaşdırılır.Ehtiyat hissələrinin 30-40%-i Bakı və Sumqayıtda yerləşən zavodlarda istehsal edilə bilər. Bununla bağlı tender keçiriləcək.
Şirkətlərin nümunə üçün istehsal etdikləri detal İrandakı Khodro zavoduna göndəriləcək. Kefiyyət qaneedici olarsa, yerli zavodlarla ehtiyat hissələrinin istehsalı ilə bağlı razılığa gəlinəcək.
\”Azevrocar\”dan bildirilib ki, ehtiyat hissələrinin 40%-I, o cümlədən, əsas dəmir-tökmə detallar İranda istehsal ediləcək.
Şirkətdən verilən məlumata görə, \”Renault\” və \”Peugeot\” avtomobillərindən sonra 2018-ci ildə \”Daewoo\”ların istehsalına başlanacaq. \”Daewoo\” modellərinin 10 min manat civarında satılacağı gözlənilir. Daxili bazarla yanaşı, yeni modellər xarici bazara da çıxarılacaq. (fins.az)
İnterpress.az