Məşhur biznesmen həbsxanada öldübackend

Məşhur biznesmen həbsxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətin Atilan Adanadakı \”İncirlik\” istiqamətində restoran işlədirmiş. Ancaq bir müddətdən sonra ABŞ-a gedərək Las-Veqasda özünə karyera qurmaq məqsədilə fəaliyyət göstərib. 2006-2008-ci illərdə ABŞ ordusunun İraqdakı müdafiə sənayesi və təchizat-təminat sahəsində işləyən Mətin Atilan qısa müddətə 40 milyon dollar qazanıb.

Məhz bundan sonra iş adamı rüşvətlə tender aldığı iddiası ilə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun siyahısına düşüb.

İddiaya görə, Mətin Atilan 2008-ci ilin 5 fevralında Federal Təhqiqatlar Bürosunun agenti J.Millerə 10 milyon dollar qazanc qarşısında 1 milyon dollar rüşvət təklif edib, nağd şəkildə 30 min ABŞ dolları verib. Bu hadisədən sonra həbs edilən Mətin Atilan 2008-ci ilin mayında Las Veqasda olduğu ev həbsxanasında qolundakı elektron təqib cihazını kəsərək yoxa çıxıb.

Türkiyəyə dönən Atilan haqqında həbs qərarı çıxarılıb və İnterpolun \”Ən çox axtarılanlar\” siyahısına düşüb. Mətin Atilan 2011-ci ilin 19 dekabrında Adanadakı restoranların birində yemək yeyərkən keçmiş həyat yoldaşı onu tanıyıb və dərhal polisə məlumat verib. Ancaq İnterpolla ünsiyyətə keçən polisə \”Bizdə bu şəxsin adı qeydiyyatda yoxdur, ya da siyahıya səhvən salınıb\” cavabını alıb.

Bundan sonra prokurorluq Atilanı sərbəst buraxıb. Lakin Atilanın keçmiş həyat yoldaşı onu izləməkdə davam edib. Türkiyədən ayrılıb Meksika, Braziliya, Birləşmiş Ərəb Əmirliklərindən keçərək iş üçün yenidən İraqa daxil olan biznesmen yenidən ilişib. Biznesmen burada ikinci dəfə keçmiş həyat yoldaşı tərəfindən polisə satılıb. Atilan İraqdan Amerikaya ekstradisiya olunub.

Amerikada Federal Təhqiqatlar Bürosunun agentinə rüşvət vermək ittihamı ilə 65 ilə qədər həbs cəzası maddəsi ilə ittiham edilən biznesmen 2015-ci ildə 2 il həbs və 1 milyon dollar cəzaya layiq görülüb. Bu müddətdə Mətin Atilan Las Veqasda həbs çəkib və ona xaricə çıxışına qadağa qoyulub.

Evində cəza çəkən Atilan 15 iyul gecəsi infarkt keçirərək vəfat edib.

Biznesmenin əmisi Sam Atilan bildirib ki, Mətini itirdik, evdə infarkt nəticəsində dünyasını dəyişib: \”Hazırda Mətinə xarici çıxış qadağası olduğu üçün Türkiyəyə gətirmək problemi var. Yəqin, cənazənin gətirilməsi bir qədər zaman alacaq. Ancaq ən qısa zamanda cənazəni vətəni Adanaya gətirib Asrı məzarlığında torpağa tapşıracağıq\”. (milli.az)

İnterpress.az