Bu qayda eynilə yalnız avroda olan əmanətlərə də aiddir. Lakin əgər əmanətlər multivalyutalı sistemlə yerləşdirilibsə, yəni müştərinin bir bankda həm manat, həm də dollar əmanəti varsa, onda vəsaitin hamısı manatla qaytarılır.
Bu zaman sığorta hadisəsi baş verdiyi tarixə olan məzənnə hesablanır, bir şərtlə ki, əmanət sığortalanmış olsun” bunu Əmanətlərin Sığortalanması Fondunun icraçl direktoru Azad Cavadov bildirib. Azad Cavadovun sözlərinə görə, bugün fondun 26 mln manat vəsaiti var. Fond vəsaitləri Texnikabanka və Bank of Azerbaijana qaytarılan kreditlər hesabına yığır.(fins.az)
İnterpress.az