Bu sözləri Rusiyanın xarici işlər naziri Serqey Lavrov gənclər forumunda sualları cavablandırarkən bildirib. “Onlar deyirlər ki, terrorizmə qarşı mübarizədə birləşmək olar, lakin əvvəlcə Əsədin devrilməsi ilə bağlı razılığa gəlmək lazımdır”, – deyə nazir söyləyib.
S. Lavrov qeyd edib ki, Qərb Əsədi diktator saydığı üçün onun devrilməsini tələb edir: “Biz isə deyirik ki, terrorla mübarizədə hər şeyi qaydasına qoyaq və sonra azad seçkilər təşkil edək. Qoy, xalq özü onu demokratik səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırsın”. (musavat)
İnterpress.az