Onurğanın boyun hissəsi bədənin ən əhəmiyyətli hissələrindən olduğu üçün bu bölgədə pozğunluqlar bütün orqanizmdə ciddi narahatlıqlara gətirib çıxarır.
Boyun hissə boyun, üz və kəllə sümüyü toxumalarını qidalandıran damarların və sinirlərin cəmləşdiyi mərkəzdir.
Bu səbəbdən də sinir uclarının əzilməsi, zədələnməsi nəticəsində başağrıları, ətrafların keyləşməsi, əzələlərin zəifləməsi, tez yorulma kimi narahatlıqlar meydana çıxa bilər.
Boyun bölgəsinə tətbiq olunacaq təbii kompreslə bunların qarşısını almaq olar.
Lazım olan məhsullar:
– kartof
– bal
– küknar yağı
Hazırlanması:
Sürtgəcin kiçik gözündən keçirilərək rəndələnmiş çiy kartofu və balı 1:1 nisbətində qarışdırın. Alınan kompresi boyun bölgəsinə və çiyin qurşağına qoyun. Üstdən kompres kağızını qoyun və izolə edərək sarıyın.
Kompresi 2 saat ərzində saxlayın. Çıxardıqdan sonra kompresin yerini nəm ilıq salfetlə silin və küknar yağı ilə yağlayın.
Müalicə kursu 7-10 prosedurdur. (saglamolun.az)
İnterpress.az