Türkiyə mediası xəbər verir ki, ABŞ prezidenti Barak Obama bu dəqiqələrdə Türkiyədəki çevrilişə cəhd olayında Amerikanın və onun kəşfiyyat qurumunun \”əli\” olmadığını bəyan edib: \”Bizim ümumiyyətlə, belə bir çevriliş istəyindən xəbərimiz olmayıb. Bizim qəti olaraq, bu olaylarda əlimiz də olmayıb, ola da bilməzdi. Türkləri anlayırıq. Eyni hadisəni biz də yaşasaydıq, bəlkə biz də belə kəskin reaksiyalar verərdik\”.
Obama ölkəsində yaşayan Fətullah Gülənin təslim edilməsiylə bağlı deyib ki, bu məsələylə bağlı Türkiyə ilə əməkdaşlığı gücləndirəcəklər.
Xatırladaq ki, dünən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan iyulun 15-də dövlət çevrilişi planının baş tutmamasından sonra Türkiyədə qarşıdurmanın artacağı proqnozunu versə də, bu olaylarda \”barmaq\”larının olmasına aydınlıq gətirməmişdi.
O, bəzi dairələrin Türkiyədə dövlət çevrilişi planında CİA-nın rol aldığı haqda deyilənləri şərh etmədən, Ərdoğana dolayısı ilə xəbərdarlıq etmişdi:
\”Son bir neçə ildir Türkiyədə siyasət səhnəsində diqqətçəkən proseslər baş verir. Ərdoğan getdikcə gücünü artırır. Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə qarşıdurmalar baş verəcək”. (mia.az)
İnterpress.az