Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci yarısının yekunlarına və kollektivin qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında baş nazirin müavini, QMKİDK-nin sədri Əli Həsənov bildirib. Komitə sədri vurğulayıb ki, bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas vəzifədir.
Aprel hadisələrinə toxunan baş nazirin müavini əlavə edib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərinə silahlı hücum təşkil edib və mülki əhaliyə ciddi ziyan vurub: “Ancaq qüdrətli Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Son bir-iki ay ərzində danışıqlar prosesində böyük fəallıq var. ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəhbərləri də bu məsələdə fəallıq nümayiş etdirirlər. Ancaq keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib”.(ap)
İnterpress.az