İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir rayon sakini Rəşad Hüseynov Düyərli kəndində ehtiyatsızlıqdan suvarma üçün nəzərdə tutulmuş su hovuzuna düşərək boğulub.
Digər ölüm faktı isə Mingəçevirdə qeydə alınıb. Yardımlı rayon sakini Kamran Xurşudlu Mingəçevir su anbarında çimərkən boğulub.
Sumqayıt şəhərinin Novxanı dəniz çimərliyində isə Abşeron rayon sakini Günay Surxayeva intihar məqsədilə özünü dənizə atıb.
İnterpress.az