Bu məlumatı tərəflər arasında görüşün təşkilində vasitəçilik edən Vitaliy Balasanyan təsdiqləyib. Onun sözlərinə görə, tərəflər müstəqil mətbuat mərkəzinin yaradılmasına dair razılığa gəlib: \”Mətbuat mərkəzinin yaradılması şərtilə girovlar -Ermənistan Polisinin müavinləri general- mayor Vartan Yegiazaryanla İrəvanın polis rəisinin müavini polkovnik Valeri Osipyanın azadlığa buraxılması barədə razılıq əldə edilib. İki sıravi polis isə heç bir şərt irəli sürülmədən azadlığa buraxılıb. Hazırda KİV nümayəndələrinin neytral ərazidə yaradılacaq mətbuat mərkəzində fəaliyyətlərini təmin etmək üçün hazırlıq görülür\”.
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.
İnterpress.az