Bu barədə \”Tolo news\” telekanalı məlumat yayıb.
\”Mən vətəndaşlarımızın qanını axıdanlardan qisas alacağam. Mən bu faciəvi günü milli matəm günü elan edirəm\”, – deyə Qəni bildirib.
O qeyd edib ki, insidentin araşdırılması ilə xüsusi komissiya və Əfqanıstan Baş Prokurorluğu məşğul olur.
DİN-in son məlumatına görə, Kabildə nümayiş zamanı törədilən terror aktı nəticəsində 80 nəfər ölüb, 231 nəfər yaralanıb. (musavat)
İnterpress.az