\”NTV\” telekanalından verilən xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
“Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub”, – deyə Çavuşoğlu qeyd edib.
O, Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib: “Çevriliş cəhdi barədə yalnız ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi”, – deyə nazir vurğulayıb. Onun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: “Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək”. (apa)
İnterpress.az