Bunu jurnalistlərə açıqlamasında solyönlü Vətən Partiyasının sədri Doğu Perinçək söyləyib.
Onun sözlərinə görə, iyulun 15-i həm də Türkiyə üçün ikinci istiqlal savaşıdır:
“FETÖ-nün uğursuz hərbi çevriliş cəhdi ilə ABŞ-ın Türkiyədəki 60 illik hərbi xunta proyekti rəsmən çökdü. ABŞ-ın torpaqlarımızda Kürdüstan adı altında ikinci İsrail yaratmaq cəhdi ağır zərbəyə məruz qalıb. Artıq heç kim PKK-nı basdırıldığı xəndəklərdən çıxarda bilməz. Əgər bu çevriliş cəhdindən sonra Türkiyə Silahlı Qüvvələrinin etibarına zərər vurulsa, bu, Türkiyə üçün ağır nəticələrə səbəb olacaq.
Əgər bu çevriliş cəhdi uğurlu olsaydı, Türkiyə xəritəsi yenidən formalaşdırılacaqdı. Türkiyə artıq mövqelərini dəyişir. NATO-nu Türkiyə parçalayacaq. Biz buradan ayrılıb, Asiyaya doğru gedirik. Bizim birinci ticarət ortağımız Rusiya, ikincisi isə Çindir. Enerjini İraq, İran, Azərbaycan və Rusiyadan alırıq. Biz onsuz da çoxdan asiyalı olmuşuq. Artıq Qərbə bağlanan halqalar qırılır”. (musavat)
İnterpress.az