Qarajda meyiti tapılan cütlüyü kim öldürüb?backend

Qarajda meyiti tapılan cütlüyü kim öldürüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1995-ci il təvəlldüdlü Əliyev Kənan Seyfəddin oğlu həmin məhəllənin 4/12 saylı binasında mənzil 2-də, 1997-ci il təvəllüdlü Sevinc Mütəllimova 23/a5 mənzil 46-da yaşayırdı.
K. Əliyev Ukraynada universitetlərin birində ali təhsil alaraq bu yaxınlarda Sumqayıta qayıdıb.

Qız isə Azərbaycan Kooperasiya Universitetinin II kursunda təhsil alırdı.

Bu iki gənc demək olar ki, məktəb illərindən bir-birilərini seviblər. Üzbəüz binalarda yaşayırdılar, amma valideynləri onların bir yerdə olmalarına narazı idilər.

Bütün bu etirazlara baxmayaraq sevgililər gizlin görüşüblər.

Kənan universiteti bitirdiyi üçün hərbi xidmətə getməli idi. O, rayona gedib, qohumlar ilə görüşüb geri qayıdanda qızla görüşmək istəyib. Amma valideynləri qızı nəzarətdə saxladıqları üçün görüş alınmayıb.

Deyilənlərə görə, Kənan qızı qaçırıb evə gətirmək istəyib. Amma onun ailəsi buna qarşı çıxıb. Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşında gecələmək istəyib.

Lakin qaraj sevgililərin son mənzili olub.

Bəli, daha bir sevgi faciəsinin şahidi olduq. Əslində bu gözəl, sağlam, üzlərindən məsumluq yağan gəncləri, avtomobilin qazı və ya başqa nəsə öldürməyib. Bu gəncləri, çürük adətlərimiz və xəstə cəmiyyətimiz öldürdü.

İnterpress.az