Euronews-un məlumatıpna görə, iclas zalı dağıdıldığından prezident mərasim zalında çıxış etməli olub.
Ərdoğan çıxışında çevriliş cəhdindən sonra onun diktator rejimi qurmağa başladığı barədə iddiaları təkzib edib.
“Biz hadisənin video-görüntülərini Xarici İşlər Nazirliyimiz vasitəsilə bütün dünyaya yayacağıq. Ümid edirəm ki, həmin kadrları görənlər xalq tərəfindən seçilmiş bir hökuməti asanlıqla diktatura, xalq tərəfindən seçilən prezidenti isə diktator adlandırmağa son qoyacaqlar”, – deyə Türkiyə lideri vurğulayıb.(azadlıq)
İnterpress.az