Bu barədə \”France-Presse\” agentliyi məlumat yayıb.
Məlumata görə, onlar Avropaya dəniz yolu ilə getmək istəyiblər. Sabrat şəhər şurasının mətbuat katibi bildirib ki, miqrantlar dənizdə 5-6 gün bundan əvvəl boğulublar.
\”Həmin şəxslərin meyitləri nümumələr götürülməsi üçün məhkəmə-tibb ekspertizasına verilib. Biz hesab edirik ki, onlar dənizdə batıblar\”, – deyə mətbuat katibi bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 1-dən iyulun 6-dək Avropaya dəniz yolu ilə 230885 nəfər gəlib. O cümlədən Yunanıstana 158527 nəfər miqrant və qaçqın, İtaliyaya isə 70978 nəfər üz tutub. 2920 miqrant, qaçqın ölüb və ya itkin düşüb.(report)
İnterpress.az