Manat avroya nisbətdə bahalaşıbbackend

Manat avroya nisbətdə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMB-nin məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 22-si ilə müqayisədə dəyişməyərək 1,5724 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,7259 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,81% ucuzlaşaraq 0,0243 manat səviyyəsinə enib.

Türkiyə lirəsi isə manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,33% artaraq 0,5141 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0647 manatdır. Beləliklə, funt sterlinq də 0,74%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6685 manat təşkil edib.

Interpress.az