Erməni mətbuatı “Meydan TV”dən yazdıbackend

Erməni mətbuatı “Meydan TV”dən yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpess.az-ın verdiyi xəbərə görə, erməni mətbuatı bu çağırışı “xüsusi dəyərləndirib”.

Erməni saytlarından biri bu barədə yazıb: “Almanyada fəaliyyət göstərən “Meydan TV” saytı yayınladığı bir yazıda Azərbaycan iqtidarını tarixi gerçəkliyi (yəni qondarma erməni soyqrımını) qəbul etməməkdə suçlayıb.

“Türkiyəyə qarşı haqsızlıq\” başlıqlı mətnin müəllifi Renata Axundova yazısında bu cümlələrə yer verib:
“Bugünkü Azərbaycanda prezident başda olmaqla bütün vətəndaşlar erməni soyqırımını inkar edir. Özlərini demokratiya mübarizləri sayan məşhur intellektuallardan və siyasətçilərdən heç kim erməni soyqırımı haqqında həqiqəti danışmır.

Soyqırımı inkar edənlərin inadcıllığının təməlində Qarabağ problemi dayanır. Qarabağ ixitilafı üzündən azərbaycanlılar Ermənistanı ölkə, erməniləri isə millət olaraq qəbul etmirlər”.
Renata Axundova yazısında Azərbaycana tarixi həqiqəti qəbul edib Erməni soyqırımını tanımağa çağırıb”.

İnterpress.az