Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumata görə, səfərin əsas məqsədi prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkədə təsis olunacaq Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılması prosesinin tamamlamaqdır.
Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib. Görüşdə Azərbaycanın ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İnterpress.az