Əliabbas Qara oğlu İsgəndərov 1958-ci il iyulun 25-də Ağdam rayonu Kürdlər kəndində anadan olub.
O, 1991-ci ilin noyabrında Ağdam özünümüdafiə batalyonuna daxil olub, çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirib, düşmən mövqelərinin aşkar edilib dağıdılmasında xüsusi xidmətlər göstərib, 1992-ci ilin fevralında Umudlu kəndində mühasirəyə düşmüş 40 nəfər döyüşçünü xilas edib, 1992-ci il martın 4-də Qazançı kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub.
Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.
İnterpress.az