Bu barədə SOCAR Trading-in hesabatında deyilir.
Reuters-in məlumatına görə, NEZ-nın Mərəkeşin vergi orqanları qarşısında borcları 1,3 mlrd dolları ötüb, ümumi borc isə 4,5 mlrd dollara çatıb, bu səbəbdən də məhkəmə zavodun bağlanması ilə bağlı qərar çıxarıb.
SOCAR Trading sığorta hesabına vəsaitlərin qismən ödənilməsi hesabı ilə itkiləri 9 mln dollar həcmində hesablayıb, – deyə hesabatda bildirilir.
Məhsulunun bir hissəsini SOCAR Tradingin satdığı Samir NEZ-ə 62,26% səhm sahibi olan Corral Holdings şirkəti nəzarət edir.
SOCAR Trading Afrikada fəaliyyətini 2015-ci ildən genişləndirir. O vaxt beninin Octogone Stockage de Produits Petroliers şirkətində 20% pay alıb.
SOCAR Trading Anqolada da STL Oil and Gas SA vasitəsilə genişlənmək istəyir. O şirkətdə 49% səhmə nəzarət edir.
Şirkət Nigeriya və Misir bazarında iştirak edir.(bastainfo.com)
İnterpress.az