Kişi klimaksıbackend

Kişi klimaksı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox insanlar arasında belə bir fikir vardır ki, klimaks dövrü yalnız qadınlarda baş verir.

Həqiqətdə isə bu heç də belə deyildir.

Klimaks dövrü kişilərdə də olur. Sadəcə olaraq bu dövr kişilərdə daha gec yaşlarında baş verir və adətən qadınlara nisbətən daha az əlamətlərlə müşayiət olunur.

Adətən, kişi klimaksı 60 yaşlarında özünü büruzə verməyə başlayır. Bu dövrdə kişi orqanizmində kişi cinsi hormonu olan testosteronun hazırlanması azalmağa başlayır. Testosteron hormonu özünün əsas cinsi hormon olması vəzifəsindən başqa, kişi orqanizminin bir çox orqan və sistemlərinin (ürək-qan qamar, sinir, sidik-cinsiyyət, endokrin və digər) fəaliyyətinə nəzarət edilməsində də iştirak edir.

Qanda testosteronun azalması nəticəsində bütün bu orqan və sistemlərdə də müxtəlif pozğunluqlar yaranmağa başlayır. Yəni, bütün bunlar qadın klimaksı zamanı qanda qadın cinsi hormonları olan estrogenlərin çatışmazlığı nəticəsində ürək, beyin, sümüklər və digər orqanlarda baş verən dəyişikliklərə və nəticələrə çox oxşayır.

Qadınlarda olduğu kimi, kişilərdə də osteoparoz (sümüklərin möhkəmliyinin azalması) prosesi inkişaf edir (ancaq qadınlarda olduğundan bir qədət az dərəcədə). Bundan başqa, klimaks dövrlərində olan bir çox kişilərdə ürək nahiyəsində ağrılar, tezləşmiş ürək döyüntüləri, tutmaları, ürəyin sanki “dayanması” hissiyyatı kimi əlamətlər, həmçinin arterial təzyiqin yüksəlməsi, tez yorulma, yaddaşın zəifləməsi, yuxusuzluq və s. bu kimi hallar da baş verə bilər.

Gələcəkdə sağlamlığında gözlənilə bilən belə pozğunluqların profilaktikası üçün kişilər cavan yaşlarında düzgün həyat tərzi sürməlidirlər. Yəni, onlar siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və digər zərərli adətlərdən imtina etməli, düzğün qidalanmalı, xeyli hərəkətli olmalıdırlar. Osteoparozun, ürək-qan damar və digər xəstəliklərin profilaktikası üçün vitamin kompleksləri, immunomodulyatorlar və xüsusi dərman preparatlarının qəbul edilməsi, kişilərə hormonal sistemdəki dəyişiklikləri daha yüngül keçirməyə və həyatın sonrakı yeni dövrünə daha asanlıqla daxil olmağa kömək etmiş olur.

Nadir hallarda kişilərdə klimaks prosesinin gedişi patoloji xarakter ala bilər. Bu zaman klimaks dövrü keçirən qadınlarda olduğu kimi, kişilərdə də “istilik gəlməsi”, sifətin və boyunun qızarması, tərləmə, baş ağrıları, bədən çəkisinin kəskin şəkildə artması, müxtəlif maddələr mübadiləsi pozğunluqları (bu səbəbdən şəkərli diabet də yarana bilər) və s. bu kimi əlamətlər yarana bilər. Ancaq təkrar edirik ki, bu əlamətlər heç də mütləq olaraq deyil, istisna halları kimi meydana çıxa bilər.

Hər hansı bir kişi özündə patoloji klimaksın əlamətlərinin olduğunu hiss etmiş olarsa, müvafiq müalicə təyin edilməsi məqsədi ilə mütləq həkimə müraciət etməlidir.

İnterpress.az