İran mediasında yenidən türklərlə bağlı təhqiramiz yazı dərc olunubbackend

İran mediasında yenidən türklərlə bağlı təhqiramiz yazı dərc olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, İranda çıxan və onlayn yayımlanan “Tərhe Nou” adlı qəzet dərc etdiyi nağılla burdakı “qəhrəman”ın dilindən türklər aşağılanıb.

Nağılda türklər və farslar arasında davada fars “pəhləvan”ının belə bir monoloqu verilir: “Biz Türkləri adam saymırıq. Türklər arvaddı, biz (farslar) kişiyik. Arvadla kişi savaşı tutmaz. Türklər gedib arvad kimi yunlarını əyirsinlər.”
“Pəhləvan”ın türkləri aşağılayan sözləri bununla da bitmir. “Qəhrəman” bu aşağılıq sözlərini davam etdirərək “pis soylu, arvad sifət Türklər” kimi ifadələr işlətməkdən də çəkinməyib.

“Tərhe Nou”da Türkləri aşağılamaqdan ötrü “arvad” ifadəsindən istifadə edilməsi, fars mədəniyyətində qadına verilən dəyərin göstəricisi hesab olunub.

Qəzetin baş redaktoru Məhəmmədrza Vebbani və redaktoru Əmir Əlizadə yerli saytlara verdiyi açıqlamalarında qəzetdəki yazıya görə türklərdən üzr istəyiblər. Bu hadisənin onların sorumsuzluğu səbəbindən baş verdiklərini bildiriblər.

Xatırladaq ki, bu fars mediasının Türk millətini ilk aşağılaması deyil. Bundan öncə də 2006-cı ilin 22 may, 2015-ci ilin 9 noyabr tarixlərində mediada müxtəlif “qəhrəman”ların dilindən Türk millətinin təhqir edilməsi, soydaşlarımızın etirazına səbəb olmuşdu və aylarla davam edən eyləmlər baş vermişdi.

Nəticədə isə İran hakim dairələri türklərdən üzr itimişdilər.(modern)

İnterpress.az