Azərbaycanlı məhbusların qiyamından görüntülər – VİDEObackend

Azərbaycanlı məhbusların qiyamından görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Videoda 35 saylı koloniyada keçirilmiş xüsusi əməliyyatın görüntüləri yer alıb. Kadrlarda görünür ki, xüsusi təyinatlılar yanğın nasosları və nərdivanların köməyi ilə islah müəssisəsinin binasının üçüncü mərtəbəsinə girməyə çalışır.

Qeyd edək ki, qiyam ötən gecə baş verib. Yerli KİV-in yazdığına görə, qiyamçı məhbusların hamısı müsəlmanlar olub. Xakasiya Respublikası İstintaq Komitəsinin rəhbəri Yaroslav Bajan qiyamçıların əsasən qırğız, tacik və azərbaycanlılardan ibarət olduğunu bildirib. Təxminən 240 məhbus saxlanma şəraitinin yaxşılaşdırılmasını və ibadət üçün xüsusi yerlər ayrılması tələbiylə çıxış ediblər.

Yerli vaxtla saat 05:30-da cinayətkarların zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat keçirilib. Məlumata görə, əməliyyat “itkisiz, tez və peşəkarlıqla” həyata keçirilib. Cinayətkarlar saxlanılıb və təcrid edilib. Məlumata görə, qiyamın üç təşkilatçısı barədə cinayət işi qaldırılıb.(publika.az)


İnterpress.az