Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, hələlik ancaq Antalya reysinə müraciətlər daha çoxdur.
Bildiriblər ki, Bakl-Antalya reysinə bu günədək cəmi 30 bilet satılıb. Kuşadası, Alaniya, Bodrum və İzmir istiqamətlərinə biletlər isə satışda olsa da hələ ki müraciət edən olmayıb. DANX-dan bunu reyslərin yeni açılması, hələlik vətəndaşların bu haqda məlumatlı olmaması ilə izah ediblər.
Xidmətin mətbuat katibi Şəfa Mehmanqızı istifadə edilməyən reyslərin bağlanması barədə danışmağın hələ tez olduğunu bildirib: “Bakıdan Türkiyənin ayrı-ayrı şəhərlərinə avtobus reysləri tələbat oldugu üçün müraciət əsasında açılıb və mövsümi xarakter daşıyır. Ona görə bilet satılmayan reyslərin bağlanması barədə danışmaq hələ tezdir”.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı və \”Metro\” turizm şirkəti arasında əldə olunan razılığa əsasən, iyulun 20-dən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər açılıb .
Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişir. Biletin qiyməti 120 AZN təşkil edəcək. Biletə baqaj da daxildir. Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. (virtualaz.org)
İnterpress.az